XƏBƏR LENTİ
11:17Bədii gimnastlarımız İspaniyada güclərini sınayıblar11:16Yeddinci Zirvə Beynəlxalq Uşaq Oyunlarının ilk qalibi türkiyəli ağır atlet olub11:15Vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub11:11Zinəddin Zidan Luka Modriçdən imtina etmək istəyir11:10Bu gün müqəddəs Ramazan ayı başlayır11:09Paytaxtda növbəti iməcilik keçirilib11:08“12-ci gecə, yaxud hər nə istəsəniz” nümayiş edilib11:07Bakıda növbəti dəfə “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək11:07Xalq artisti Nəzakət Teymurova konsert verib11:06Xalça Muzeyində “Bağ” adlı qobelenin tarixindən danışılacaq11:05Üç sığortaçı attestasiyadan keçib11:05Ölkədaxili istehlakçılara və qonşu ölkələrə 40 milyard kubmetrdən çox “Şahdəniz” qazı tədarük edilib11:04KOBİA ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb11:04Podratçılar Azərbaycanın neft-qaz sektoruna 80 milyard dollardan çox sərmayə yatırıb11:02Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub VİDEO11:01Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gəlib11:01Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən türkiyəli heyət yola salınıb11:00Bakıda Türk Şurasının media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı işə başlayıb YENİLƏNƏCƏK12:24On bir kiloqramdan çox müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb12:24Xəzər rayonunda səkkizotaqlı evdə yanğın baş verib12:23Gömrük nəzarətindən gizlədilən balıq kürüsü aşkarlanıb12:23DİN: Axtarışda olan 17 nəfər saxlanılıb12:22Venesuelada hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub12:22Bolqarıstanla Rumıniya Avropa İttifaqında yanğınsöndürməyə ayrılan xərclərə görə ön yerlərdədir12:21Şimali Makedoniya xalqı növbəti prezidentini seçir12:21İtaliya Avropa Komissiyasının tətbiq etdiyi sanksiyalardan azad olub12:20Bakı Marafonu: İkinci və üçüncü yerin qalibləri bəlli olub12:19"Bakı Marafonu 2019"da qadınların yarışında Ukrayna atleti birinci olub12:19Bu gün “Qarabağ” ardıcıl 6-ci dəfə Azərbaycan çempionu ola bilər12:18Bakı Marafonunun iştirakçıları Heydər Əliyev Mərkəzini keçiblər12:17Notariat sahəsində beynəlxalq seminar keçirilib12:17Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır12:16“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş12:15Mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür12:15OANA-nın prezidenti Qəzzada Anadolu Agentliyinin ofis binasına raket hücumunu pisləyib12:14Sabah hava əsasən yağmursuz olacaq12:14Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib12:1315 yaşına çatmamış uşaqları işə götürən şəxs qanunvericiliklə müvafiq məsuliyyətə cəlb edilir11:11Filarmoniyada tanınmış bəstəkar Ramiz Mirişlinin xatirəsinə həsr olunmuş konsert təşkil edilib11:10Tbilisidə “Hər ömür bir tamaşa., (Bakı gecələri)” adlı kitabın təqdimatı olub11:10Xalça və onu yaradanların bayramı11:09“Jara” beynəlxalq festivalı Dubayda böyük uğurla keçib11:08Bu vaxtadək Bakı-Gəncə-Bakı sürət qatar ilə 30 mindən çox sərnişin daşınıb11:07Azərbaycan nümayəndə heyəti XII Astana iqtisadi forumunda iştirak edəcək11:07Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında donor ölkə qismində iştirak edəcək11:06“jQuery” kitabxanasında təhlükəsizlik zəifliyi aşkar olunub11:05“Jewish Journal” nəşri Azərbaycanın işğal olunmuş ərazilərində abidələrin məhv edilməsindən yazıb11:05Müdafiə naziri: Əsas diqqət döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına yönəldilməlidir11:04Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü Aktauda qeyd edilib10:55Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub11:57Xalq şairi Nəbi Xəzri “Xatirələr çırağında” anılıb11:56Azərbaycanlı rejissor Tbilisidə Müəllif Mahnıları Festivalında iştirak edəcək11:56“Azərxalça”nın Lənkəran filialında “Xalçaçı günü”nə həsr olunmuş geniş bayram tədbiri keçirilib11:55Xalça Muzeyində “Xeyir və şər” xalçasının təntənəli kəsim mərasimi olub11:51“Azeri Light”ın bir barrelinin qiyməti 75 dollara çatır11:50Sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı artıb11:48Bakıda sənaye məhsulunun 15,4 faizi emal sektorunda istehsal edilib11:48Bakıda AİRP 2019 İllik İnsan Resursları konfrans və sərgisi işə başlayıb10:47Braziliya Milli Konqresi Deputatlar Palatasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib10:47XİN: hərbi təcavüz, etnik təmizləmə siyasəti olmadığı təqdirdə, hər hansı silah yarışına da lüzum olmur10:46XİN: Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair siyasi dialoqa böyük önəm verir10:45ISESCO-nun baş direktoru: Azərbaycan dünyanın faydalana biləcəyi gözəl bir nümunə təklif edir10:40"Qızıl Palma" mükafatı alan film haqda dəhşətli iddialar10:38Nəsrin Cavadzadə məşhur seriala dəvət alıb10:37Tacirin oğlu qəza keçirdi: "Allah üçüncüdən saxlasın"10:36Röya bu dəfə "Unutmaq lazım" dedi10:35"Yuventus" transfer danışıqlarına başladı10:34"Real"ın ikinci transferi açıqlandı - 60 milyon avro10:3436 dəqiqədə 54 milyon qazanacaq10:33"Real" 6 transferə 540 milyon büdcə ayırdı - FOTO13:43Milli Məclisin növbəti plenar iclası keçirilir13:42NATO-nun Hərbi Komitəsinin sədri: Bütün sahələrdə Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qərarlıyıq13:42Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin illik məlumatı dinlənilib13:41Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin əsas mərhələsi başlayıb13:40İran Azərbaycan və Rusiya ilə birgə dəmir yolu şirkəti yaradacaq13:40OPEC-in baş katibi: İranı neft bazarından silmək mümkün deyil13:39Məhəmməd Barkindo: Hazırda qlobal miqyasda gündəlik 100 milyon barrel neft istehlak edilir13:38May bayramı günlərində rusiyalı turistlərin MDB ölkələrinə səyahətləri reytinqində Bakı liderdir13:38“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təqdim olunub13:37Brakonyerliyə və qadağan olunmuş ov alətlərindən istifadəyə son qoyulmalıdır13:36Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü məsuliyyətə cəlb olunub13:36İşəgötürənlər üçün “Məşğulluq” altsisteminə dair təqdimatlar keçirilir13:352350 şəhid üzrə 3413 vərəsəyə də birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi13:34Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi səyyar monitorinqləri davam etdirir13:33Ümid qəsəbəsində aztəminatlı ailələrdən olan uşaqlar üçün pulsuz göz müayinələri təşkil edilib13:32Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirilib12:31“İçərişəhər” Qoruq İdarəsi beynəlxalq əlaqələrini genişləndirir12:31Kitabxana uşaq rəssam müsabiqəsində uğurla iştirak edib12:31Milli Kitabxanada Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş sərgi açılıb12:30Yazıçılar Birliyi tərcüməçiləri mükafatlandırıb12:29“Qaqaş” və dəstəsi saxlanıldı - FOTOLAR12:29“SAZZ”a qarşı 40 milyonluq məhkəmə iddiası12:27“Range Rover"lə piyadanı öldürən sürücü sərbəst buraxıldı12:26Bakıda hadisə yerindən qaçan sürücü saxlanıldı12:25Poroşenko yeni partiya yaradır12:24Milli Qvardiyanın əsgərləri arasında kütləvi zəhərlənmə - Ukraynada12:23Ərdoğan Trampla telefon söhbətinin detallarını Putinə danışdı11:22Vətəndaş körpünü hasarladı - "Bura mənim atamın yeridir" + FOTO (VİDEO )11:21"Bu klinikada az qalsın rəfiqəmi öldürürdülər" - Elnarə11:20Ən çox qazanan aktyorlar - Siyahı
BÜTÜN XƏBƏRLƏR
May 2019 (154)
Aprel 2019 (776)
Yanvar 2019 (425)
Dekabr 2018 (1362)
Noyabr 2018 (93)
Oktyabr 2018 (120)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Sovet dövründə qorxu altında yaşadılan Rəsulzadə irsi: Məmmədəminin evindən REPORTAJ

28 may 2018, 16:24   
Sovet dövründə qorxu altında yaşadılan Rəsulzadə irsi: Məmmədəminin evindən REPORTAJ
Sizin övladlarınız Məmmədəmin Rəsulzadəni tanıyır?

Sizinkiləri bilmirəm, amma cümhuriyyətimizin qurucularından olan dahi şəxsiyyətin Novxanıdakı abidəsi önündə velosiped sürən, Rəsulzadə parkında top oynayan orta məktəb şagirdləri kəndlərinin yetirməsini tanımadı. Daha doğrusu, beşinci sinif şagirdi Oqtaydan başqa...

Top oynayan, velosiped sürən uşaqların yanında Oqtaya sual verdim ki, Məmmədəmin Rəsulzadə kim olub? Oqtay da "Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı”- cavabını verdi. Daha sonra eyni sualı onunla top oynayan, velosiped sürən yoldaşlarına da verdim. Cavablar müxtəlif oldu. Birinci sinifdə oxuyan Həsən deyir ki, Məmmədəmin Rəsulzadə haqqında müəllimi heç nə deməyib:

"Bilmirəm. Müəllimim heç nə deməyib”.

Altıncı sinifdə oxuyan başqa bir uşaq isə bir qədər düşündükdən sonra deyir ki, Məmmədəmin Rəsulzadə bu kəndin yiyəsi olub:

"Bilmirəm, kəndimizin ya da məktəbimizin yiyəsidir”.

Dördüncü sinifdə oxuyan sarışın bir uşaq isə çox maraqlı bir cavab verdi:

"Müəllim, kəndimizdə belə bir adam yaşamır axı...”.

Hüseyn adlı altıncı sinif şagirdi isə Rəsulzadənin xalq cümhuriyyətinin qurucusu olduğunu desə də, hansı kənddə doğulduğunu bilmir:

"Bir yerdə oxumuşdum, hansı kənddə doğulduğu yadımdan çıxıb”.

Cümhuriyyət qurucusunu tanımayan uşaqları ələ salan da öz yoldaşları oldu:

-Yüz dəfə demişəm ki, ana dilini yaxşı oxuyun.

-Ana dilində deyil, tarixdədir.

- Onda ikisini də oxu də...



Çəkilişlər zamanı bir nəfər sarı saçlı gənc, dolu bədənli bir kişi yanaşır. Kənd icra nümayəndəsi olduğunu deyir. Əvvəlcə top oynayan uşaqlara yaxınlaşıb müəllimlərinin kim olduğunu soruşur, məktəbliləri Rəsulzadəni tanımadıqları üçün tənbeh edir. Ardınca da ədəb-ərkanla salam verib, qonaqpərvər bir təbəssümlə bizə - kəndimizə xoş gəlibsiniz-deyir.

Yüzilliklə bağlı Novxanıda hansı işlər görülüb?

Elnur müəllimə ilk suallarımız rəsmi olur. Rəsulzadə parkında, Novxanı kəndində cümhuriyyətin yüz illiyi ilə əlaqədar olaraq nə kimi işlərin görüldüyünü soruşuruq. Deyir ki, görülən işlər də çoxdur, görüləcəklər də:

"Cənab prezindetin cümhuriyyətin 100 illiyinin ölkə miqyasında təmtəraqla qeyd olunması ilə bağlı sərəncam verib. Bununla əlaqədar olaraq Novxanı kəndində də bir çox işlər görülüb. O işlərdən bir qismi də Məmmədəmin Rəsulzadə parkında həyata keçirilib. Yeni ağaclar və yeni gül kolları əkilib. Ağac və gülləri suvarmaq üçün xətlər çəkilib”.

İcra nümayəndəsinin sözlərinə görə, kəndin bir çox küçələrində abadlıq işləri aparılıb və bu işlər indi də davam etdirilir:

"Cümhuriyyətin yüz illiyi ilə əlaqədar olaraq may ayının 28-də əvvəlki illərdən fərqli olaraq daha möhtəşəm tədbirlərimiz nəzərdə tutulub. Onu da deyim ki, may ayının 1-də bir saylı məktəbin müəllim və şagirdlərinin iştirakı ilə burada böyük yürüş keçirilib. Flaşmob təşkil olunmuşdu. Flaşmobçular üçrəngli bayrağımızın formasına bürünərək Rəsulzadə parkına gəlmişdilər”.

Rəsulzadə adına hörmət olaraq icra nümayəndəsi bizə bələdçilik etmək istədiyini, 1 saylı məktəbdə yaradılmış Rəsulzadə muzeyi ilə bizi tanış etmək istədiyini söyləyir. Şagirdlərinin Rəsulzadə haqqında elə də yaxşı məlumatı olmayan məktəbdəki muzeyi görmək bizə də maraqlı gəlir.



"Rəsulzadənin Stalini gizlətdiyi məscid budur...”

Yolumuzun üstündəki məsciddə ayaq saxlayırıq. Elnur müəllim deyir ki, bura Səfəralı məscididir. Rəsulzadənin atası Axund Hacı Ələkbərin inqilab dövründə məhz bu məsciddə axundluq etdiyini söyləyir. Sonra avtomobil yoluna davam edir və icra nümayəndəsi Rəsulzadə ilə Stalinin bu məsciddəki bir əhvalatını danışır:

- Qoçular Stalinin arxasınca düşmüşdü. Hər yerdə onu axtarırdılar. Məmmədəmin də İosifi həmin bu Qəmbəralı məscidində minbərin altında gizlətmişdi.

- Atasının axund olduğu məsciddə?

- Hə, özü də həmin vaxt Axund Ələkbər minbərin yuxarısında imiş, azan verməyə çıxıbmış.

- Bəs sonra nə olur?

- Gözləyirlər ki, gecə düşsün. Gecə Stalini Novxanıdan çıxarırlar. Bir müddət sonra aralarında dostluq münasibətləri yaranır. Hakimiyyət dəyişəndə, sovet höküməti qurulanda da Rəsulzadə Stalinlə görüşür. Stalin Moskvada iş təklif edir. Amma Məmmədəmin razılaşmır. Sözümün canı odur ki, Rəsulzadənin Stalini gizlətdiyi məscid budur...

"Rəsulzadənin heykəlini kəndin rəssamı hazırlayıb...”

Kənd sakinləri ilə söhbət edirik. Deyirlər ki, Rəsulzadənin Novxanı kəndindəki heykəli 1996-cı ildə açılıb. Heykəli isə Cavanşir Əjdər oğlu Dadaşov adlı bu kəndin yetirməsi olan bir rəssam hazırlayıb. Hazırda ahıl yaşlarında olan bu şəxs indi də Novxanı bağlarında yaşayır. Nə qədər cəhd etsək də, həmin şəxslə bağlı görüşmək mümkün olmadı. Qaldığı ünvanı heç kənd sakinləri də dəqiq bilmirdilər...

"Rəsulzadə muzeyini sovet dövründə açdıq...”



Məsumə İsayeva Novxanıdakı 1 nömrəli orta məktəbin tarix müəllimidir. Həm də məktəbdəki Novxanı və Rəsulzadə muzeyinin yaradıcısıdır. Zəhmli, eyni zamanda vətənpərvər insan təsiri bağışlayan bu müəllimlə söhbətimiz çox maraqlı alındı.

Rəsulzadə müzeyi ilə bizi tanış edir, deyir ki, hələ sovet dövründə bu muzeyi təşkil edib:

-1986-cı ilin aprel ayının 12-də bu muzeyi açdıq.

-Bəs muzeyi açmaq üçün o vaxt kimdən icazə aldınız?

-Təbii ki, icazə verdilər. Çünki buranı o vaxt diyarşünaslıq muzeyi adı altında açmışdıq. Sonradan Rəsulzadə əfəndi ilə bağlı fotoşəkillər, 1919-cu ildəki "Azərbaycan” qəzetinin nüsxələri, eləcə də cümhuriyyət dövrümüzün pullarını topladıq.

-Axı sovet dövründə Musavatçılıq, Rəsulzadə, cümhuriyyət pulları "yoxa çıxarılmışdı”, bu qədər zəngin əşyalı bir muzeyi necə formalaşdıra bildiniz?

-O vaxt Rəsulzadəni şəxsən görənlər, tanıyanlar hələ sağ idi. Qohumları ilə əlaqə saxladım. Eşqin adlı bir şagirdim vardı. Onun babası cümhuriyyət pullarını saxlamışdı. Bu pulları muzeyimizə o gətirib təhvil verdi.

-Bəs "Azərbaycan” qəzetinin yüz il əvvəlki sayını, o dövrə aid sənədləri necə əldə etdiniz?

-Bilirsiniz, Novxanı o dövrdə qaynar həyata malik bir kənd olub. Sovet höküməti qurulanda AXC ilə bağlı bir sıra sənədlər buraya gətirilib. Elə həmin əşyalar, sənədlərdir... Kənd sakinləri bu muzey açılanda bizə çox böyük kömək etdilər. Direktorumuz bu işdə mənə çox yardımçı oldu.

"Rəsulzadənin şəkili 1988-ci ildən bu məktəbdə asılıb”

1 nömrəli məktəbin direktoru Taliə Mirzəyeva ilə söhbətləşirik. Məktəbin girişindəki divardan asılmış şəkili göstərir. Deyir ki, Məmmədəmin Rəsulzadənin şəkili hələ sovet dövründən orada asılıb:

"1988-ci il idi. Meydan hərəkatı təzəcə başlamışdı. Onda hələ sovet höküməti də dağılmamışdı. Qorxmadan asmışdıq o şəkili. Özüm meydan hərəkatının fəallarından olmuşam. İlk dəfə üçrəngli bayrağı hökümət evinin qarşısında mən dalğalandırmışam. Bizim məktəbimizdə Rəsulzadə ilə bağlı yaratdığımız muzey o dövrdə cümhuriyyət dövrü ilə bağlı yaradılmış ilk muzey idi”.

Məmmədəminin evinə görə məhkəmə...

1 saylı məktəbin direktoru deyir ki, üç-dörd il əvvəl indi uşaq bağçası olan Rəsulzadənin evi ilə bağlı doğmaları iddia qaldırmışdılar. Onlar deyirdilər ki, biz Rəsulzadənin qohumlarıyıq:

" Bağça köçürülməlidir, ev bizə qalmalıdır-deyirdilər. İş məhkəməyə qədər getdi. Məhkəmə də qərar çıxardı ki, Rəsulzadənin evi deyilən bina uşaq bağçasıdır, yəni, dövlətin balansında olan binadır. Ona görə də evi ala bilmədilər”.

"Bura Məmmədəminin öz evi deyil...”

Hər kəsin Məmmədəmin Rəsulzadənin evi olaraq tanıdığı uşaq bağcasına yollanırıq. İçəridən yüz il əvvəlin qoxusu gəlir. Qədimlik qorunub, saxlanılıb. Aşağı hissədəki balaca otaqların da ən azından yüz yaşı olduğunu deyirlər. Ev isə daha əvvəl tikilib. Yəni, 19-cu əsrə aid binadır. İçəridə azyaşlı uşaqlar var. Deyəsən, onların yatmaq saatıdır.

Bizi bağcanın müdiri Nigar Əmrahova qarşılayır. Deyir ki, əslində bura Məmmədəminin öz evi olmayıb:

- Bacısıgilin evidir. 1937-ci ildən uşaq bağçası kimi fəaliyyət göstərir.

- Bilmirsiniz, bura nə zaman inşa olunub?



- Ev haradasa 1889-cu illərdə inşa olunub. Qapılarına belə toxunulmayıb. Öz qapısıdır. Rəsulzadənin öz evi, daha doğrusu, ata mülkü kəndin aşağısında olub. Həmin ev isə indi yoxdur, uçub-dağılıb.

İcra nümayəndəsi Elnur Əliyev isə deyir ki, 1991-ci ildə Azərbaycan müstəqillik elan etdikdən sonra bura Məmməd Əmin Rəsulzadənin evi elan olundu.

Elnur müəllimlə bu kənddə Rəsulzadə irsinin qorunub –saxlanması ilə bağlı bir muzeyin yaradılmasına ehtiyac olduğunu deyirəm. Söyləyir ki, yüzilliklə əlaqədar olaraq məsələni gündəmdə saxlayırlar:

"Fikrimiz var ki, bağçanı başqa yerə köçürək. Burada Məmmədəmin Rəsulzadənin ev muzeyini yaradaq. Artıq aidiyyatı qurumlar qarşısında məsələ qaldırmışıq”.

"Rəsulzadənin qəbrinə buradan torpaq aparmaq üçün yola düşdülər...”

Rəsulzadənin həyətində, onun ayağının dəydiyi yerlərdə gəzişirik. Burada onun qohumlarının, onun haqqında danışacaq adamların olub-olmadığını soruşuram. İcra nümayəndəsi Elnur müəllim deyir ki, Rəsulzadəni sonuncu görən adam Yaqub kişi bir neçə il öncə 102 yaşında dünyasını dəyişib. Məmməd Əminin bacısı Yaqub kişinin qardaşı arvadı olub. Onun sözlərinə görə, Rəsulzadənin yaxın qohumları isə bir neçə gün əvvəl Türkiyəyə gediblər:

"Hardasa on-on beş nəfər buradan yola düşdü. Yüzilliklə bağlı qohumları, kənd ağsaqqalları Ankaraya getdilər. Buradan, Novxanıdan torpaq apardılar. Qəbrinin üstünə torpaq tökəcəkdilər. Qəbrindən də buraya torpaq gətirəcəklər. Məmməd Əmin Rəsulzadənin bacısının nəvəsi var. Gəncdir. Rəsulzadənin adını daşıyır. İndi təssüf ki, onlarla görüşə bilməyəcəyik”.

"Məmmədəminin bir nəvəsi də sağdır, Xırdalandadır...”

Kəndin kitabxanaçısı Lalə xanım Abuzərova ilə görüşürük. Lalə xanım uzun illər Məmməd Əmin Rəsulzadə və onun silahdaşları ilə bağlı araşdırmalar apardığını, Rəsulzadəni görən ağsaqqalları danışdırdığını deyir:

-On il əvvəllə qədər Məmmədəmin Rəsulzadəni tanıyan ağsaqqallar yaşayırdı. Sağ idilər. Biz o vaxt araşdırma aparan vaxt o qədər maraqlı məlumatlar əldə etdik ki...

-Nə kimi məlumatlar?

-Müharibə vaxtı bizim kənddən bir nəfər almanlara əsir düşür. Gedib görür ki, bütün novxanılılar bir yerdədir. Bir yerə yığılıblar. 1972-ci ildə Qərbi Almaniyada əsgərlik çəkən kənd cavanları həmin əsir düşmüş sakinlərimizlə rastlaşırlar. Onlardan biri bizim kənddən əsgər gedən cavanlara ad soyadını deyir. Həmin adam söyləyir ki, bütün novxanıları Rəsulzadə azad edib indi Fransada, Almaniyanın qərbində yaşayırlar. Ağadadaşov Balabəy kişi mənə bu barədə danışdı. Dedi ki, kəndə gələndən sonra Şahbala adlı həmin adamın ailəsinə xəbər verə bilmədim. Qorxdum ki, ailəsini incidərlər.

-İndi o ailə bilmir ki, ataları, babaları ölməyib?

Həmin ailəyə atalarının sağ olması ilə xəbəri bu yaxınlarda özüm verdim.

Lalə Abuzərova ilə sağollaşanda asta səslə pıçıldadığı söz bütün bədənimi silkələdi:

- Bilirsiniz, Məmmədəmin Rəsulzadənin sağ olan nəvəsi təkcə Rais müəllim deyil. Sara xanım da onun nəvəsidir və Xırdalanda yaşayır. Bir dəfə bu kəndə də gəlmişdi... Amma bizdən inciyib getdi...

Mənbə: lent.az
OXŞAR MÖVZULAR