XƏBƏR LENTİ
11:17Bədii gimnastlarımız İspaniyada güclərini sınayıblar11:16Yeddinci Zirvə Beynəlxalq Uşaq Oyunlarının ilk qalibi türkiyəli ağır atlet olub11:15Vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub11:11Zinəddin Zidan Luka Modriçdən imtina etmək istəyir11:10Bu gün müqəddəs Ramazan ayı başlayır11:09Paytaxtda növbəti iməcilik keçirilib11:08“12-ci gecə, yaxud hər nə istəsəniz” nümayiş edilib11:07Bakıda növbəti dəfə “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək11:07Xalq artisti Nəzakət Teymurova konsert verib11:06Xalça Muzeyində “Bağ” adlı qobelenin tarixindən danışılacaq11:05Üç sığortaçı attestasiyadan keçib11:05Ölkədaxili istehlakçılara və qonşu ölkələrə 40 milyard kubmetrdən çox “Şahdəniz” qazı tədarük edilib11:04KOBİA ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb11:04Podratçılar Azərbaycanın neft-qaz sektoruna 80 milyard dollardan çox sərmayə yatırıb11:02Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub VİDEO11:01Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gəlib11:01Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən türkiyəli heyət yola salınıb11:00Bakıda Türk Şurasının media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı işə başlayıb YENİLƏNƏCƏK12:24On bir kiloqramdan çox müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb12:24Xəzər rayonunda səkkizotaqlı evdə yanğın baş verib12:23Gömrük nəzarətindən gizlədilən balıq kürüsü aşkarlanıb12:23DİN: Axtarışda olan 17 nəfər saxlanılıb12:22Venesuelada hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub12:22Bolqarıstanla Rumıniya Avropa İttifaqında yanğınsöndürməyə ayrılan xərclərə görə ön yerlərdədir12:21Şimali Makedoniya xalqı növbəti prezidentini seçir12:21İtaliya Avropa Komissiyasının tətbiq etdiyi sanksiyalardan azad olub12:20Bakı Marafonu: İkinci və üçüncü yerin qalibləri bəlli olub12:19"Bakı Marafonu 2019"da qadınların yarışında Ukrayna atleti birinci olub12:19Bu gün “Qarabağ” ardıcıl 6-ci dəfə Azərbaycan çempionu ola bilər12:18Bakı Marafonunun iştirakçıları Heydər Əliyev Mərkəzini keçiblər12:17Notariat sahəsində beynəlxalq seminar keçirilib12:17Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır12:16“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüş12:15Mayın 5-i Beynəlxalq Həkim-Mama Günüdür12:15OANA-nın prezidenti Qəzzada Anadolu Agentliyinin ofis binasına raket hücumunu pisləyib12:14Sabah hava əsasən yağmursuz olacaq12:14Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib12:1315 yaşına çatmamış uşaqları işə götürən şəxs qanunvericiliklə müvafiq məsuliyyətə cəlb edilir11:11Filarmoniyada tanınmış bəstəkar Ramiz Mirişlinin xatirəsinə həsr olunmuş konsert təşkil edilib11:10Tbilisidə “Hər ömür bir tamaşa., (Bakı gecələri)” adlı kitabın təqdimatı olub11:10Xalça və onu yaradanların bayramı11:09“Jara” beynəlxalq festivalı Dubayda böyük uğurla keçib11:08Bu vaxtadək Bakı-Gəncə-Bakı sürət qatar ilə 30 mindən çox sərnişin daşınıb11:07Azərbaycan nümayəndə heyəti XII Astana iqtisadi forumunda iştirak edəcək11:07Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında donor ölkə qismində iştirak edəcək11:06“jQuery” kitabxanasında təhlükəsizlik zəifliyi aşkar olunub11:05“Jewish Journal” nəşri Azərbaycanın işğal olunmuş ərazilərində abidələrin məhv edilməsindən yazıb11:05Müdafiə naziri: Əsas diqqət döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına yönəldilməlidir11:04Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü Aktauda qeyd edilib10:55Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub11:57Xalq şairi Nəbi Xəzri “Xatirələr çırağında” anılıb11:56Azərbaycanlı rejissor Tbilisidə Müəllif Mahnıları Festivalında iştirak edəcək11:56“Azərxalça”nın Lənkəran filialında “Xalçaçı günü”nə həsr olunmuş geniş bayram tədbiri keçirilib11:55Xalça Muzeyində “Xeyir və şər” xalçasının təntənəli kəsim mərasimi olub11:51“Azeri Light”ın bir barrelinin qiyməti 75 dollara çatır11:50Sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı artıb11:48Bakıda sənaye məhsulunun 15,4 faizi emal sektorunda istehsal edilib11:48Bakıda AİRP 2019 İllik İnsan Resursları konfrans və sərgisi işə başlayıb10:47Braziliya Milli Konqresi Deputatlar Palatasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib10:47XİN: hərbi təcavüz, etnik təmizləmə siyasəti olmadığı təqdirdə, hər hansı silah yarışına da lüzum olmur10:46XİN: Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair siyasi dialoqa böyük önəm verir10:45ISESCO-nun baş direktoru: Azərbaycan dünyanın faydalana biləcəyi gözəl bir nümunə təklif edir10:40"Qızıl Palma" mükafatı alan film haqda dəhşətli iddialar10:38Nəsrin Cavadzadə məşhur seriala dəvət alıb10:37Tacirin oğlu qəza keçirdi: "Allah üçüncüdən saxlasın"10:36Röya bu dəfə "Unutmaq lazım" dedi10:35"Yuventus" transfer danışıqlarına başladı10:34"Real"ın ikinci transferi açıqlandı - 60 milyon avro10:3436 dəqiqədə 54 milyon qazanacaq10:33"Real" 6 transferə 540 milyon büdcə ayırdı - FOTO13:43Milli Məclisin növbəti plenar iclası keçirilir13:42NATO-nun Hərbi Komitəsinin sədri: Bütün sahələrdə Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qərarlıyıq13:42Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricinin illik məlumatı dinlənilib13:41Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin əsas mərhələsi başlayıb13:40İran Azərbaycan və Rusiya ilə birgə dəmir yolu şirkəti yaradacaq13:40OPEC-in baş katibi: İranı neft bazarından silmək mümkün deyil13:39Məhəmməd Barkindo: Hazırda qlobal miqyasda gündəlik 100 milyon barrel neft istehlak edilir13:38May bayramı günlərində rusiyalı turistlərin MDB ölkələrinə səyahətləri reytinqində Bakı liderdir13:38“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təqdim olunub13:37Brakonyerliyə və qadağan olunmuş ov alətlərindən istifadəyə son qoyulmalıdır13:36Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü məsuliyyətə cəlb olunub13:36İşəgötürənlər üçün “Məşğulluq” altsisteminə dair təqdimatlar keçirilir13:352350 şəhid üzrə 3413 vərəsəyə də birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi13:34Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi səyyar monitorinqləri davam etdirir13:33Ümid qəsəbəsində aztəminatlı ailələrdən olan uşaqlar üçün pulsuz göz müayinələri təşkil edilib13:32Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirilib12:31“İçərişəhər” Qoruq İdarəsi beynəlxalq əlaqələrini genişləndirir12:31Kitabxana uşaq rəssam müsabiqəsində uğurla iştirak edib12:31Milli Kitabxanada Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş sərgi açılıb12:30Yazıçılar Birliyi tərcüməçiləri mükafatlandırıb12:29“Qaqaş” və dəstəsi saxlanıldı - FOTOLAR12:29“SAZZ”a qarşı 40 milyonluq məhkəmə iddiası12:27“Range Rover"lə piyadanı öldürən sürücü sərbəst buraxıldı12:26Bakıda hadisə yerindən qaçan sürücü saxlanıldı12:25Poroşenko yeni partiya yaradır12:24Milli Qvardiyanın əsgərləri arasında kütləvi zəhərlənmə - Ukraynada12:23Ərdoğan Trampla telefon söhbətinin detallarını Putinə danışdı11:22Vətəndaş körpünü hasarladı - "Bura mənim atamın yeridir" + FOTO (VİDEO )11:21"Bu klinikada az qalsın rəfiqəmi öldürürdülər" - Elnarə11:20Ən çox qazanan aktyorlar - Siyahı
BÜTÜN XƏBƏRLƏR
May 2019 (154)
Aprel 2019 (776)
Yanvar 2019 (425)
Dekabr 2018 (1362)
Noyabr 2018 (93)
Oktyabr 2018 (120)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Səlim Müslümovun həbs təhlükəsi realdır - İTTİHAM

25 may 2018, 16:14   
Səlim Müslümovun həbs təhlükəsi realdır - İTTİHAM
1995-2000-ci illərdə Maliyyə Nazirliyində idarə rəisi, 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışan, 2013-cü ildən bu ilin aprel ayının 21-dək əmək və əhalinin sosial müdafiəsi naziri postunda təmsil olunan Səlim Müslümovun başının üzərini qara buludların aldığı deyilir

Bununla bağlı ayrı-ayrı media orqanlarında yer alan informasiyalarda bildirilir ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunar-olunmaz adıçəkilən nazirlikdə ciddi kadr islahatlarına start verməklə yanaşı, Səlim Müslümovun zamanında yol verilən nöqsanların, yeyinti faktlarının araşdırılması ilə bağlı xüsusi tapşırıq verib.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin yoxa çıxmasının da məhz həmin yoxlamalar nəticəsində üzə çıxdığı iddia olunur. Bu barədə "Yeni Müsavat"a daxil olan məlumatda deyilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. Bildirilir ki, artıq ölkə başçısına bununla bağlı zəruri bilgilər verilib. Bu isə öz növbəsində, Səlim Müslümovun durumunu bir xeyli ağırlaşdıra, hətta sonda onun həbsi ilə nəticələnə bilər. Çünki ortada kifayət qədər ciddi ittihamlar, daha dəqiq desək, 2-2,5 milyard manatlıq yeyinti faktı mövcuddur. Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondunda mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, sözügedən fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb. Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var. Bütün bu neqativ halların məhz Səlim Müslümovu zamanında qeydə alındığını nəzərə alsaq, o zaman sabiq nazirin yaxın vaxtlarda məsuliyyətə cəlb olunacağını ehtimal etmək olar.

Səlim Müslümovla bağlı mətbuatda gedən başqa bir informasiyada isə onun 6 ay həbsxana təcrübəsinə malik olduğu deyilir. Belə ki, bununla bağlı yayılan məlumatlara görə, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışdığı dönəmdə Azərbaycan Əmanət Bankından (indiki KapitalBank-red.) milyonlarla vəsaitin "yoxa” çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. Bildirilir ki, həmin vaxt Səlim Müslümovla birgə adıçəkilən bankın Səbail fililalının rəhbəri Bəşər Hacıyev da həbs edilib. Hətta bu məsələyə görə maliyyə naziri Samir Şərifovun da başının ağrıdığı vurğulanır. İddia olunur ki, sözügedən maliyyə maxinasiyasına görə, Bəşər Hacıyev uzun müddətli həbsə göndərilib, Səlim Müslümov isə 6 aydan sonra azadlığa buraxılıb. Hələ bu, harasıdır. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri ilə bağlı yayılan digər bilgidə isə onun Rusiyanın Kazan şəhərində doktorluq disertasiyası müdafiə edərkən "Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları” adlı elmi işinin plagiat olduğu bildirilir. Deyilənlərə görə, Səlim Müslümovun doktorluq desertasiyası Rusiya Federasiyasının Maliyyə Nazirliyində, Dövlət Maliyyə Nəzarəti, audit və mühasibat şöbəsinin direktoru, iqtisadiyyat elmləri doktoru, professor Leonid Şneidmanın elmi işinin plagiatı olduğundan sabiq nazir müxtəlif yollara baş vuraraq bu məsələni ört-basdır etməyə çalışıb. Lakin bir müddət sonra bunun üstü açılsa da, nədənsə baş vermiş olaya görə Səlim Müslümova irad tutan olmayıb.

Bu arada, bir qədər öncə qeyd etdiyimiz kimi yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev adıçəkilən nazirlikdə ciddi islahatlara başlayıb. Məhz bunun nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səlim Müslümova yaxınlığı ilə seçilən şəxslərin bir qismi tutduğu vəzifələrlə vidalaşmalı olub. Məsələn, yeni nazirin əmri ilə ilk olaraq aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıb. Bununla bağlı verilən bilgilərdə qeyd olunur ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tam söz sahibi olmaq, ondan öncə yol verilən nöqsanları aradan qaldırmaq məqsədiylə kadr islahatlarının davam etdirməkdə israrlıdır. Çünki o, yalnız bu yolla Səlim Müslümovun zamanında mövcud olan neqativ halları aradan qaldıra bilər.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdırmalıyıq ki, Hesablama Palatası artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirməyə başlayıb. Dövlət Sosial Müdafiə Fondunun sözügedən idarəsinə Səlim Müslümovun qaynı Ağalar Xasayev rəhbərlik etdiyini nəzərə alsaq, bu, o deməkdir ki, sabiq nazirin və onun yaxın adamlarının durumu heç də yaxşı deyil. Çünki bəzi iddialara görə, məhz Səlim Müslümov və komandasının həyata keçirdiyi "islahatlar" nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, o cümlədən Dövlət Sosial Müdafiə Fondunda yeyinti halları birə-beş artıb. Səlim Müslümovun ən etibarlı adamı, "sağ qolu" kimi tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevlə bağlı (Əjdər Ol) yayılan son məlumatlar da deyilənləri bir daha təsdiqləyir. Belə ki, bu barədə unukal.org-a daxil olan məlumatda bildirilir ki, Əkdər Cəbiyevin aparat rəhbəri olduğu dövrdə rüşvət aldığı adamlar işlərinin düzəlməməsi səbəbindən pullarını geri tələb edirlər: "Əjdər Ol sabiq nazir Səlim Müslümuvun ən yaxın adamı olub. O, nazirlikdə təyinatlar, işə götürmək, yeyinti və rüşvət şəbəkəsini idarə edirdi. Sahil Babayev nazir təyin olunan kimi Əjdər Ola pul verənlər onu axtarmağa başladılar. 150 min manatdan 300 min manata qədər bir neçə adamdan pul alaraq birini TSEK rəhbəri, birini baş həkim, birini komissiya sədri, pensiya təyinatı üzrə şöbə müdiri və digər vəzifələrlə təyin etmək vədi vermişdi. Hətta elə adam olub ki, onda 56 min dollar pul alıb. Yeni nazir gələn günü səhəri pul verənlər nazirliyə gələrək Əjdər Oldan pullarını geri tələb ediblər. Məlum olduğu kimi, qısa müddət ərzində Sahil Babayev Əjdər Olu işdən çıxardı. Bu səbəbdən də sabiq aparat rəhbərinə rüşvət verənlər pullarını geri almaq üçün evinə gedirlər".

Gördüyünüz kimi, sabiq nazir Səlim Müslümov və onun yaxın adamlarının adı külli miqdarda yeyinti, korrupsiya hallarında çəkilir. Bütün bunlar isə öz növbəsində, əmək və əhalinin sosial müdafiəsi nazirinin tezliklə məhkəmə qarşısına çıxarılması, daha sonra isə həbs olunması üçün yetərli hesab oluna bilər. Qeyd edək ki, əgər deyilənlər məhkəmə istintaqı zamanı öz təsdiqini taparsa, o zaman keçmiş nazir bu dəfə 6 ayla canını qurtara bilməyəcək. Çünki onu bir neçə illik həbs cəzası gözləyə bilər.
Hurriyyet.org
OXŞAR MÖVZULAR